İtirin məni özümdən!
:: Ramin Cahangirzadə
Mırta bazarına düşdünsə,
İpini qıracaqlar,
Radikal dəlilər.
Hirsini İçində boğ…!
Üsyanını yazsan da, oxumayacaqlar,
Sil - süpür edəcəklər üsyanını,
Ey mənim üryan gözlərim!,
Yırtma bəbəklərini…!
Nahaq yerə çəkirsən səsini.
Monqollar səsini dəyişəcəklər…
Uğurlarını oğurlayacaqlar…
Səsin batacaq ay işığında.
ətini yeməmiş, sümüyünü çıxardacaqlar.
vallah bezdim səsimdən…!
İtirin məni özümdən!
:: رامین جهانگیرزاده
ميرتا بازارينا دوشدونسه،
ايپيني قيراجاقلار،
راديکال دليلر.
حيرصيني ايچينده بوغ…!
عوصيانيني يازسان دا، اوخوماياجاقلار،
سيل - سوپور ائده جکلر عوصيانيني،
اي منيم عوريان گؤزلريم!،
ييرتما ببکلريني…!
ناحاق يئره چکيرسن سسيني.
مونقوللار سسيني دييشهجکلر…
اوغورلاريني اوغورلاياجاقلار…
سسين باتاجاق آي ايشيغيندا.
اتيني يئمهميش، سومويونو چيخارداجاقلار.
واللاه بئزديم سسيمدن…!
ايتيرين مني اؤزومدن!